Açiq mənbələrdən foto.
İşğaldan azad edilmiş ərazilərin 52 faizində mobil rabitə bərpa olunub
Bakı/24.12.21/Turan: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mobil internet şəbəkəsinin 52 faizi bərpa olunub. Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Yeni Azərbaycan Partiyasında "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.
Onun sözlərinə görə, 1998-ci ildən başlayaraq yalnız 2016-cı ildə ölkə üzrə mobil şəbəkə (işğal olunmuş ərazilər istisna olmaqla) 95 faiz təmin olunub.
“Amma, qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə 52 fazizlik nəticə əldə edilib. Biz həm sabit, həm də mobil şəbəkə ilə bağlı işləri davam etdirəcəyik”, deyə nazir qeyd edib. -03-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz