koronavirusinfo.az
Koronavirus infeksiyasına yoluxanların sayı azalıb
Bakı/26.10.20/Turan: Azərbaycanda 527 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Ümumilikdə Azərbaycanda 50 486 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 41 410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib, aktiv xəstə sayı 8 397 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 814, ötən müddət ərzində isə ümumilikdə 1 298 348 test aparılıb. -16D-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz