Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/28.01.22/Turan: Son günlər Lənkəranda polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 15 narkotik maddə alverçisi saxlanılıb. Onlardan ümumilikdə 5 kiloqramdan çox müxtəlif narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki,  ən çox  heroin və metamfetamin götürülüb.

Müəyyən edilib ki, narkotik maddələr "xarici dövlətin vətəndaşı"ndan alınıb.

Faktlarla bağlı araşdırma aparılır. -05D-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti