Açiq mənbələrdən foto.
“Yenisabah.az“ saytı “Ermənistan çalışır ki, Azərbaycan hücum etsin və ABŞ, Fransa, Rusiya...” - Şok plan” sərlövhəli məqalədə son vaxtlar iki dövlətin sərhədlərində baş verən insidentlərin səbəbləri politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edilir.
Politoloqa görə, Ermənistanda seçki öncəsi daxili siyasi vəziyyətin mürəkkəbləşməsi və Azərbaycanla dövlət sərhəddində delimitasiyadan yayınaraq terror-təxribat hallarına yol verilməsi gözlənirdi.
O deyib ki, Ermənistanın sərhəddə belə silahlı təxribatlara gedəcəyini təxmin etmişdi, növbəti təxribatların olacağı da istisna deyil.
Politoloqun deməsinə görə, bu təxribatların əsas qayəsi budur ki, Azərbaycan Ermənistana hücum etsın, beləliklə ABŞ, Fransa və Rusiyanın kəskin reaksiyası ilə üz-üzə qalsın.
Politoloq iddia edir ki, Rusiyadan narazı qalan Paşinyan bu yolla ABŞ və Fransanı aktiv prosesə cəlb etmək istəyir.
“Hesab edirəm ki, iki ölkə arasında sərhədlərin demilitasiyasında Azərbaycan üçüncü qüvvələrin iştirakını qəbul etməməli, əldə olunan xəritələrə əsasən hərəkət etməlidir”, Əsədullazadə bildirib.
Onun fikrincə, Rusiya Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etmək üçün Ermənistanla bütün sərhəd boyu vəziyyəti gərginləşdirir, yəni, Azərbaycana belə təzyiqlər var. Politoloqa görə, Azərbaycan isə Türkiyə ilə birgə fəaliyyətini genişləndirməlidir, Türkiyə hərbi bazasının yaradılmasına gedilməlidir.
“Müsavat.com saytı “Azərbaycanda əhalinin yoxsullaşması sürətlənə bilər - səbəblər” sərlövhəli məqalədə Azərbaycanda ciddi bahalaşma dalğasının gələcəyi ilə bağlı şayiələr dolaşır.
Müəllifin deməsinə görə, bununla bağlı hələ ki hökumətdən ciddi təkzib olmayıb, hələlik ciddi bahalaşma, tikinti materialları bazarındadır.
“Qiymət artımı üçün həm obyektiv, həm də subyektiv səbəblər çoxdur. Bu artımlar isə əhalinin sürətlə yoxsullaşmasına, iqtisadiyyatın müxtəlif sahələrində tələbin azalmasına və balanslı iqtisadi inkişafa əngəllər yaratmasına gətirib çıxara bilər”, - müəllif bildirir.
Bir sıra marketlər süni qiymət artımının mənbəyinə çevrilib, Bu da əhalinin aztəminatlı təbəqəsinin yaşayış səviyyəsinə uyğun deyil.
Ekspert Natiq Cəfərli deyir ki, qiymət artımının həm obyektiv, həm də subyektiv səbəbləri var.
“Hazırda ölkədə müxtəlif sahələrdəki qiymət artımlarının hərəsinin öz səbəbləri var. Ərzaq bazarında qiymət artımları həm obyektiv, həm də subyektiv səbəbdəndir”.
“Bizimyolinfo.az” saytı isə “Deputat: "Pulu olmayan ayağını uzadıb ölsün?" sərlövhəli məqalədə AZAL-da qiymət bahalığını deputat Razi Nurullayev ilə müzakirə edir.
Müəllif deyir ki, AZAL-da qiymət bahalığı Azərbaycan mediasında çoxdan gündəmdir, qiymətlər təyyarələrdən daha “yüksək”-lərə uçur.
Qlobal böhran dövründə qiymətlər bir qədər də artırılıb və dəymiş ziyan indiki qiymətlərin hesabına örtülür: “Ən sadə nümunə, qonşu Gürcüstandan İstanbula bilet 110 manat, Azərbaycandan isə 800 manat təşkil edir. Azərbaycandan Mineralnıye Vodı şəhərinə uçuş biletinin qiyməti 900 manata yaxındır və iyulun 10-na kimi bütün biletlər satılıb. Deməli, kiminsə pulu var getsin, pulu olmayanlar ayaqlarını uzadıb ölsünlər?” - deyə deputat bildirir.
Deputatın deməsinə görə, 3-4 sanatoriya var, elə onlar da pullular üçündür və bu yanaşma ədalətli deyil.
O əlavə edib ki, AZAL dövlət şirkətidir, təyyarə bileti isə 14 günlük istirahət biletindən baha başa gəlir.
“Bu şirkət hamının olmalı, hamıya ədalətlə yanaşmalı, qiymətlər əlçatan olmalıdır. Vəziyyət dəyişməzsə, konkret ifşaedici faktlar səsləndirəcəyəm”, - Razi Nurullayev bildirib.
Deputat deyir ki, AZAL-ın yüksək qiymətlərə dair əsaslandırmasında bildirilib ki, onun kifayət qədər böyük xərcləri var və xərclər təyyarə biletlərinin qiymətini həddindən artıq yüksəlməsinə gətirib çıxarır.
-
- Siyasət
- 29 May 2021 00:45
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz