Moskva səmasında iki sərnişin təyyarəsi az qala toqquşacaqdı
Moskva /16.11.18/Turan: Noyabrın 15-də axşam Moskva səmasında az qala iki təyyarə toqquşacaqdı. Rusiyanın "5-cı kanal"ının məlumatına görə, saat 18:00-a yaxın dispetçerlər Domodedovodan Penzaya uçan "Sibir" aviaşirkətinə məxsus E-170 təyyarəsinin ekipajından toqquşma xəbərdarlığı sisteminin işə düşməsi barədə məlumat alıblar. Vnukovoya enən "Azərbaycan hava yolları"na məxsus A-319 təyyarəsi onun yoluna çıxıb. Lakin qəzadan qaçmaq mümkün olub. Qəzanın başvermə səbəbləri araşdırılır.-02D-
Cəmiyyət
-
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Onun vurğulamasına görə, ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
-
Dekabrın 27-də Bakıda və Abşeronda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-11 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək..
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
Rəy yaz