Açiq mənbələrdən foto.
“Müsəlman Birliyi” Hərəkatının daha bir fəalı saxlanılıb
Bakı/25.06.20/Turan: “Müsəlman Birliyi” Hərəkatının üzvü Şamil Həsənov qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilib. Ş.Həsənovun ailə üzvləri Turan-a bildiriblər ki, o, iyunun 22-də gündüz evdən çıxıb və geri qayıtmayıb. Yalnız bir sutkadan sonra məlum olub ki, onu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.
İyunun 23-də onu axtarış üçün evə gətiriblər, axtarış zamanı hüquq-mühafizə orqanları bir neçə dini kitab “tapıblar”.
İyunun 24-də Nərimanov Rayon Məhkəməsi onu qanunsuz silah saxlamaqda ittiham edərək 3 ay müddətinə həbs edib (CM-in 228.1-ci maddəsi). Onu üç ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.
Ailə üzvləri bildiriblər ki, Ş.Həsənov onkoloji xəstəlikdən əziyyət çəkir və bir neçə il öncə ağır əməliyyat keçirib. O, daim dərman qəbul edir və qapalı məkanda saxlanması onun həyatı üçün təhlükəlidr. Ailə irəli sürülən ittihamları uydurma adlandırıb.
“Müsəlman Birliyi” Hərəkatında hesab edirlər ki, Ş.Həsənov təşkilatın həbsdə olan lideri Taleh Bağırzadəni dəstəklədiyinə görə təqib olunur.-06D-
-
- Maliyyə
- 25 İyun 2020 13:57
-
- İqtisadiyyat
- 25 İyun 2020 14:37
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz