Ölkənin əsas bayrağı bu il yerinə qoyulmaya bilər
Bakı/28.03.18/Turan: On aydır ki, Bakıdakı Bayraq Meydanında nəinki bayraq, heç onun dirəyi də yoxdur. 2017-ci ilin yayında bayrağın dirəyi söküləndə Dənizkənarı Bulvarın Xarici Əlaqələr İdarəsinin şöbə rəisi Nazim Məcidov bildirmişdi ki, bayraq və dirək bu konstruksiyanın yoxlanması üçün götürülüb. Ancaq o vaxtdan dirəyin bərpası ilə bağlı məlumat yoxdur.
N.Məcidov Turan-a bildirib ki, bayrağın nə zaman yerinə qaytarılacağını bilmir. "Dirək yerli mütəxəssislər tərəfindən yoxlanılır, işə xarici ekspertlər cəlb edilməyib. Təftişin nə zaman başa çatacağı məlum deyil. Komissiyanın rəyi hazır olmayana qədər dirəyin hansı hündürlükdə olacağı məlum deyil", - o bildirib.
"2007-ci ildən, tikinti anından ilk dəfədir ki, dirəyin mürəkkəb konstruksiyasının tam təftişi aparılır", - N.Məcidov qeyd edib. O deyib ki, dirəyin bu il yerinə qoyulub-qoyulmayacağı hələ məlum deyil.
Bayraq dirəyini dünyada bu cür tikinti ilə tanınan Trident Tech şirkəti inşa edib. Azərbaycanda ən böyük bayraq 2010-cu il sentyabrın 1-də qoyulub. Dirəyin hündürlüyü 162 metr, özülün diametri 3,2 metr, yuxarı hissəsinin diametri 1,09 metrdir. Uzunluğu 70 metr, çəkisi 300 kilqorama yaxındır.-0-
-
- İqtisadiyyat
- 28 Mart 2018 16:38
-
- Siyasət
- 28 Mart 2018 17:00
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz