Açiq mənbələrdən foto.
Operativ Qərargah: 226 yeni yoluxma faktı var, 588 nəfər sağalıb, 5 nəfər vəfat edib
Bakı/04.08.20/Turan:Azərbaycanda koronavirus infeksiyasına yeni 226 yoluxma faktı qeydə alınıb, 588 nəfər sağalaraq evə buraxılıb, 5 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
İndiyədək ölkədə ümumilikdə 32 910 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089-dur.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.-16d-
Cəmiyyət
-
Dövlət qurumlarının müraciətləri əsasında Tarif (Qiymət) Şurası son iclasında bir sıra sahələrdə qiymət artımına qərar verib. Yanvarın 2-də açıqlanan bəyanata əsasən, ilk dəfə olaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma üçün tariflər təsdiqlənib. İndiyə qədər bu xidmətlər dövlət tənzimlənməsi olmadan, müxtəlif məbləğlərlə həyata keçirilirdi. Təsdiq edilmiş tariflər:
-
Azərbaycan 2025-ci ili qədim ənənələrin və müasir bayramların rəngarəng qarışığı ilə qarşıladı. Bu tədbirlər xalqın zəngin mədəni irsini və gələcəyə yönəlmiş arzularını əks etdirdi. Geniş ailə süfrələrindən parlaq ictimai tədbirlərə qədər qeyd etmələr keçmişlə indinin unikal sintezini nümayiş etdirdi.
-
2025-ci ilə qədəm qoyduqca, dünya müxtəlif sahələrdə əhəmiyyətli inkişaflarla qlobal mənzərəmizi yenidən formalaşdırmağa hazır olan həlledici bir mərhələdə dayanır.
-
Avstraliyalı demoqraf və sosioloq Mark Makkrindl “Beta Nəsli”nin yaranmasını təsvir edib — o, bu demoqrafik qrupu 2025-2039-cu illər arasında doğulan insanlar kimi müəyyənləşdirərək, qlobal nəsil kimliyində yeni bir fəsil açıldığını vurğulayıb.
Rəy yaz