![Polis Sənay Qəhrəmanlıya hücum edən şəxsi saxlayıb](https://turan.az/resized/media/2019/main/041800018291-750-500-resize.webp)
Polis Sənay Qəhrəmanlıya hücum edən şəxsi saxlayıb
Bakı/18.04.19/Turan: Xuliqanlıq törədən Bakı sakini Tural Qarayev saxlanılıb. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə ittiham irəli sürülüb. Protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib. Bu barədə DİN mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.
Xatırladaq ki, hakim partiyadan olan bu fəal ötən gün axşam küçədə yeniyetmə qıza hücum edib, ona mənəvi və fiziki təzyiq göstərib. Səbəb qızın mərhum məktəbli Elina Hacıyeva ilə bağlı aksiya təşkil etməsidir. 18D-
Cəmiyyət
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 11-də ölkə ərazisində əsasən quru və soyuq hava şəraitinin müşahidə olunacağını, Bakıda və Abşeron yarımadasında isə arabir buludluluğun artacağını proqnozlaşdırıb.
-
Həmkarlar ittifaqına aid qeyri-hökumət təşkilatı olan “İşçi Masası Konfederasiyası”nın sədri Afiyəddin Məmmədov, Azərbaycanda sosial şəraitin pisləşməsi və vətəndaşların həbsi ilə bağlı etiraz əlaməti olaraq həbsxanada müddətsiz aclıq aksiyasına başlayıb, onun ailəsi cümə günü bildirib.
-
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) dərhal əraziyə qüvvələr cəlb edib, rəsmilər şənbə günü bildirib.
Rəy yaz