Açiq mənbələrdən foto.
Qışın ən söyuq günü gözlənilir
Bakı/23.02.21/Turan: Şimaldan arktik soyuq hava kütləsi Azərbaycan sərhədinə yaxınlaşıb və cənuba doğru irəliləməyə davam edir. Rusiya istiqaməntindən gələn soyuq hava kütləsi özü ilə yağıntı və aşağı temperatur gətirir, bu barədə Azərbaycan Ekologiya Nazirliyinin məlumatında deyilir.
Soyuq antisiklon Azərbaycan ərazisinə fevralın 23-də axşam daxil olacaq və özü ilə qar və güclü külək gətirəcək.
Yaxın günlərdə ölkə ərazisində çovğun olacaq, yolları buz bağlayacaq. Atmosfer təzyiqinin kəskin şəkildə yüksəlməsi meteohəssas insanlara mənfi təsir göstərəcək.
Temperatur 7-8 dərəcə aşağı düşəcək və 24 fevral bu qışın ən soyuq dövrü olacaq, deyə məlumatda qeyd edilir. -02D-
-
- Cəmiyyət
- 23 Fevral 2021 12:22
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz