Açıq mənbələrdən foto
Qurban Bayramı günlərində 40 dərəcə isti olacaq
Bakı/17.07.21/Turan: Gələn həftənin əvvəli Azərbaycanda isti hava şəraiti bərqərar olacaq. Belə ki, bu il 20-21 iyun tarixlərində qeyd olunan Qurban bayramı günlərində gündüz vaxtı Bakıda və Abşeron yarımadasında havanın temperaturu 38 dərəcə təşkil edəcək, bəzi yerıərdə isə termomterlərin cirə sütunu 41 dərəcə göstərəcək, bu barədə Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında da gündüz havanın temperaturu 35-40 dərəcə təşkil edəcək. Bəzi aran rayonlarında isti 42-44 dərəcəyə çatacaq.
Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin dəyişdirilməsi nəticəsində Azərbaycanda ardıcıl olaraq 4 gün - 18, 19, 20, 21 iyul tarixləri qeyri-iş günü olacaq. -06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz