Açiq mənbələrdən foto.
Səid Məmmədzadə həbs edilib (yenilənib)
Bakı/19.05.20/Turan: DİN-in mətbuat katibi Ehsan Zahidov Turan-a bildirib ki, Səid Məmmədzadə öz maşın yuma yerində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.
DİN nümayəndəsinin iddiasına görə, Məmmədzadə əvvəllər insan oğurluğuna görə, ikinci dəfə isə soyğunçuluğa görə məhkum edilib.
Hazırda ona qarşı 221.3-cü maddə ilə xuliqanlıq ittihamı irəli sürülüb, o, məhkəmə qərarı ilə üç ay müddətinə həbs edilib.
Öz növbəsində, Xalq Cəbhəsi Partiyası cinayət işinin saxtalaşdırıldığını və Məmmədzadənin təqibinin siyasi motivli olduğunu bəyan edib.
O, ictimai tədbirlərdə AXCP lideri Əli Kərimlinin cangüdənlərindən biri olub, onun təqib olunmasının səbəbi də məhz budur. -06D-
* * *
2020 May 19 (Çərşənbə axşamı) 17:19:28
AXCP fəalı bıçaqla xəsarət yetirməkdə ittiham olunub
Bakı/19.05.20/Turan: Bir neçə gün əvvəl saxlanılmış Xalq Cəbhəsi Partiyasının üzvü Seyid Məmmədzadə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Bu barədə saxlanılan şəxsin evinə zəng edən Bakının Xətai rayon polis idarəsinin əməkdaşı onun anasına bildirib.
Seyidin harada və kimi bıçaqla yaraladığı barədə anasına məlumat verilməyib.
Xatırladaq ki, fəal mayın 16-da uşağını həkimə apararkən küçədə saxlanılıb.
Partiyadan həmkarları həbsin əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyətin siyasətini fəal şəkildə tənqid etməsi olduğunu hesab edirlər. -02B-
Cəmiyyət
-
Dövlət qurumlarının müraciətləri əsasında Tarif (Qiymət) Şurası son iclasında bir sıra sahələrdə qiymət artımına qərar verib. Yanvarın 2-də açıqlanan bəyanata əsasən, ilk dəfə olaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma üçün tariflər təsdiqlənib. İndiyə qədər bu xidmətlər dövlət tənzimlənməsi olmadan, müxtəlif məbləğlərlə həyata keçirilirdi. Təsdiq edilmiş tariflər:
-
Azərbaycan 2025-ci ili qədim ənənələrin və müasir bayramların rəngarəng qarışığı ilə qarşıladı. Bu tədbirlər xalqın zəngin mədəni irsini və gələcəyə yönəlmiş arzularını əks etdirdi. Geniş ailə süfrələrindən parlaq ictimai tədbirlərə qədər qeyd etmələr keçmişlə indinin unikal sintezini nümayiş etdirdi.
-
2025-ci ilə qədəm qoyduqca, dünya müxtəlif sahələrdə əhəmiyyətli inkişaflarla qlobal mənzərəmizi yenidən formalaşdırmağa hazır olan həlledici bir mərhələdə dayanır.
-
Avstraliyalı demoqraf və sosioloq Mark Makkrindl “Beta Nəsli”nin yaranmasını təsvir edib — o, bu demoqrafik qrupu 2025-2039-cu illər arasında doğulan insanlar kimi müəyyənləşdirərək, qlobal nəsil kimliyində yeni bir fəsil açıldığını vurğulayıb.
Rəy yaz