Açiq mənbələrdən foto.
Şiələr Aşuranı qeyd edirlər
Bakı/28.07.23/Turan: Bu gün şiə müsəlmanlar Məhərrəm ayının 10-cu gününü- Aşuranı qeyd edirlər. 680-ci ilin həmin günü Kərbala şəhəri yaxınlığındakı çöllərdə Yezidin qoşunları ilə qeyri-bərabər döyüşdə Məhəmməd Peyğəmbərin nəvəsi (imam Əlinin ikinci oğlu Hüseyn ibn Əli) öldürülüb.
Faciəyə səbəb Məhəmməd Peyğəmbərin ardıcılları arasında hakimiyyət uğrunda mübarizə olub. Eyni zamanda, bu, şiələr və sünnilər arasında islam dünyasına təsir uğrunda düşmənçilik yaradıb.
O vaxtdan şiələr Məhərrəm ayını matəm kimi qeyd edirlər ki, bunun kulminasiya nöqtəsi Aşuradır.
Bu gün ənənəvi olaraq ölkə məscidlərində yas mərasimləri təşkil olunur. Özünüdöymə ayininə alternativ olaraq, məscidlərdə qanvermə məntəqələri açılıb.
Əvvəllər ən kütləvi mərasimlər 7-ci imam Rzanın (Məhəmməd Peyğəmbərin birbaşa nəslindən) bacısı Rəhimə xanımın dəfn olunduğu Nardaran qəsəbəsindəki ziyarətgahda keçirilirdi. Lakin 2015-ci ildə polisin xüsusi əməliyyatından sonra Aşura günlərində Nardaran məscidinə giriş məhdudlaşdırılıb.
Bu gün digər məscidlərə, o cümlədən Bakının mərkəzindəki Məşədi Dadaş məscidinə (mərhum din xadimi Hacı Şahinin burada çox çıxış edib) az gəldiyi nəzərə çarpır.
Ola bilsin ki, dindarların fəallığının azalması son aylarda İranla münasibətlərin gərginləşməsi fonunda şiə dindarların kütləvi həbsilə əlaqədardır.
Qeyd edək ki, məscidlərə ehsan gətirən bəzi dindarlar jurnalistlərdən onların fotosunu çəkməməyi xahiş ediblər. 06B
-
- Maliyyə
- 28 İyul 2023 11:55
Cəmiyyət
-
Bazar günü, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacağı gözlənilir.
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
Rəy yaz