Sinoptiklər Bakıda külək əsəcəyi, rayonlarda qar yağacağı barədə xəbərdarlıq edir
Sinoptiklər Bakıda külək əsəcəyi, rayonlarda qar yağacağı barədə xəbərdarlıq edir
Bakı/22.12.23/Turan: Dekabrın 23-də gündüzdən 24-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, arabir saniyədə 15-18, yarımadanın bəzi yerlərində arabir 20-25 metrədək güclənəcəyi gözlənilir, bu barədə Ekologiya Nazirliyinin sinoptikləri məlumat yayıb.
Dekabrın 23-də gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i səhərədək Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə - Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur bölgələrində intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25, ayrı-ayrı yerlərdə arabir 27-32 metrədək güclənəcək. 0
-
- Siyasət
- 22 Dekabr 2023 16:32
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz