Siyasi mühacirlər Azərbaycandakı ailə üzvlərinə təzyiqlərin olduğunu bildirirlər

Bakı/13.06.19/Turan: Almaniyada fəaliyyət göstərən azərbaycanlı siyasi mühacirlərin Demokratik Azərbaycanı Seç təşkilatı öz fəallarının Azərbaycandakı ailə üzvlərinə təzyiqlərin olduğunu bildirib.

Belə ki, iyunun 13-də polis fəal Ziya Cəbiyevin atasını Xızı rayon polis şöbəsinə aparıb və 4 saat orada saxlayıblar. Ondan tələb ediblər ki, oğlu Facebook-da hakimiyyətin ünvanına yazdığı tənqidi yazıları və "dövlət əleyhinə olan çağırışları" silsin.

Atanı əks halda oğlunu Almaniya həbs edib Azərbaycana gətirməklə hədələyiblər.

Aprelin 4-də Z.Cəbiyevin qardaşını Sumqayıtdakı Bakı Steel Company müəssisəsindən işdən çıxmaq barədə ərizə yazmağa məcbur ediblər.

Digər fəal Səbuhi İsmayılovun anası Leyla İsmayılovanı Bakıdakı 285 saylı orta məktəbin direktor müavini vəzifəsindən çıxarıblar, onu öz vəzifəsini yerinə yetirməməkdə ittiham ediblər. Ona bildiriblər ki, ailə üzvü müxalif düşüncəli olan şəxs vəzifədə işləyə bilməz.

Ziya və Elsevər Əhədovların da ailə üzvləri təzyiqlərə məruz qalıblar. Mayın 7-də İmişli rayon polis şöbəsinin əməkdaşı və İcra Hakimiyyətinin nümayəndəsi E.Əhədovun qaynatasının evinə gələrək kürəkəninin və onun həyat yoldaşının harada olduğunu soruşublar. Ona deyiblər ki, əgər kürəkəni və onun qardaşı hakimiyyətə qarşı tənqidlərə son qoymasalar onların qohumları üçün pis olacaq. Taleh Bağırzadənin başına gələnləri xatırladıblar.

Diaspordakı mənbələrin məlumatına görə, 47 siyasi mühacirin qohumlarına təzyiq göstərilib.

Camal Seyidlinin və Pərviz Abdullayevin qardaşları həbs edilib. İsgəndər Səfərlinin iki yeznəsi həbs edilib. Elşən Hüseynovun atası bir sutka polisdə saxlanılıb.06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti