Açiq mənbələrdən foto.
Son günlər Daxili İşlər Nazirliyinin idarəsi tərəfindən 243 kiloqram narkotik maddə götürülüb
Bakı/30.06.23/Turan: Son 10 gündə AZərbaycanda “qara” bazarda dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Eyni zamanda, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları İrandan narkotik maddə tədarük edən mütəşəkkil cinayətkar qrupda iştirakda şübhəli bilinən, həmçinin narkotik maddələrin Bakı, Sumqayıt, Lənkəran, Abşeron və Beyləqanda satışını təşkil edən 31 nəfəri saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Götürülən 243 kiloqram narkotik maddənin arasında heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə olan metamfetamin, həmçinin 5300 ədəd metadon var.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib. –06В-
-
- Siyasət
- 30 İyun 2023 13:54
Cəmiyyət
-
Son günlər ictimaiyyətin diqqəti 2024-cü il noyabrın 8-də Bakıda açılışı keçirilən Qarabağ Müharibəsinə həsr olunmuş yeni Qələbə Abidəsi ətrafında yaranan vəziyyətə yönəlib. Azərbaycanın tanınmış memarı və tarixi memarlıq artefaktlarının tədqiqatçısı Elçin Əliyev abidənin detalları ilə bağlı fotoşəkillər çəkməyə çalışarkən mülki geyimdə olan şəxslərin gözlənilməz maneəsi ilə üzləşib.
-
Şəmkir rayonunda suyun səviyyəsinin ildən-ilə azaldığı Zəyəmçay məişət tullantıları ilə çirkləndirilir, yerli sakinlər bildiriblər. Çayın təmizlənməsi üçün aidiyyatı qurumlara müraciət etsələr də, tədbir görülməyib.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq. Gecə bəzi yerlərdə yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə geçəcək. Havanın temperaturu gecə müsbət 10 +12, gündüz müsbət 13 + 17 dərəcə, rütubət 70-80 faiz olacaq.
-
Dünyanın 28 ölkəsinin 100 universitetini təmsil edən 159 professor və müəllimdən ibarət koalisiya Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevi 2023-cü ilin iyulundan qeyri-müəyyən müddətə ev dustaqlığında olan alim iqtisadçı və ekologiya fəalı, doktor Qubad İbadoğlunun azadlığa buraxılmasını müdafiə etməyə çağırıb. Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etdiyi bir vaxtda göndərilən məktubda doktor İbadoğlunun kritik səhhətinə və onun korrupsiya ilə mübarizəyə və qalıq yanacaq sənayesində şəffaflığın təşviqinə verdiyi töhfələrə istinad edərək, təcili tədbirlər görülməsinə çağırılır.
Rəy yaz