Bakı/07.12.21/Turan:  Son 15 gün ərzində Bakının Suraxanı rayonu ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Həmin müddətdə Hövsan, Əmircan, Bülbülə, Yeni Günəşli qəsəbələrində əməliyyat zamanı saxlanılan altı nəfərdən ümumi çəkisi 2 kiloqram olan müxtəlif narkotik maddə götürülüb.Bütün faktlar üzrə istintaq gedir.—06D- 

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə