Taksilərdə şəffaf arakəsmələr quraşdırılacaq

Bakı/11.04.20/ Turan: Bakı Nəqliyyat Agentliyi taksi sürücülərinə onların özlərinin, həm də sərnişinlərin koronavirusa yoluxması riskini azaltmaq üçün sürücünün oturacağı ilə arxa oturacaq arasında arakəsmələr quraşdırmağı tövsiyə edib. Agentliyin məlumatında deyilir ki,  bəzi taksi xidmətləri üzrə şirkətlər şəffaf plastikdən hazırlanmış arakəsmələrin quraşdırılmasına başlayıb.

Ancaq sürücüyə pul verərkən infeksiya təhlükəsinin necə zərərsizləşdiriləcəyi məlumatdan bəlli olmur.-02D-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti