Uhan şəhərində olan azərbaycanlılar hələlik Çindən çıxa bilmirlər
Bakı/28.01.20/Turan: Yeni koronavirus epidemiyası səbəbilə bağlanmış Çinin Uhan şəhərində azərbaycanlı tələbələr var. Hakimiyyət şəhərə giriş və çıxışı qadağan etdiyinə görə şəhəri tərk edə bilmirlər. Bu barədə həmin tələbələrdən biri, Səməd Azadlı məlumat verib.
Öz növbəsində Azərbaycan XİN rəsmi nümayəndəsi Leyla Abdullayeva Turan-ın sorğusuna cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı Çin tərəfi ilə danışıqlar aparılır. “Bu, asan olmayan və uzun prosesdir, Çin tərəfi ilə danışıqlar davam edir”, - L.Abdullayeva deyib.
Azərbaycanın ÇXR-dəki səfiri Əkrəm Zeynallı isə AZTV-yə bildirib ki, ÇXR-də hazırda 500 Azərbaycan vətəndaşı var. Uhanda 7 Azərbaycan vətəndaşı, o cümlədən 4 tələbə qalır.
Tələbələr yataqxanalarda təcrid ediliblər. Yerli hakimiyyət bütün əcnəbilərə küçələrə çıxmamağı tövsiyə edir və onları yemək və zəruri əşyalarla təmin edir. Çin hakimiyyəti şəhəri tərk etməyi məqsədəuyğun hesab etmir.
Azərbaycan tərəfi öz vətəndaşlarını gətrimək məqsədilə ÇXR hakimiyyəti ilə danışıqları davam etdirir və bunun tezliklə həyata keçiriləcəyinə ümid edir, səfir bildirib.–06В---
-
- İqtisadiyyat
- 28 Yanvar 2020 13:52
-
- Cəmiyyət
- 28 Yanvar 2020 14:03
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz