Cəmil Məmmədli
Xaçmazda jurnalistə qarşı iddia ərizəsinə baxış başlayıb
Bakı/29.03.21/Turan: Bu gün Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin jurnalist Cəmil Məmmədliyə qarşı xüsusi ittiham qaydasında verdiyi iddia ərizəsinə baxış başlayıb. Vəkilin vəsatəti əsasında ərizəyə baxış iclası aprelin 2-dək təxirə salınıb.
Vəkil Şahin Mütəllimov Turan-a bildirib ki, məhkəmə iclası açıq elan edilsə də, iclas zalına heç kim buraxılmayıb. “Hakim pandemiya səbəbindən iclas zalına insanları buraxmadığını bildirdi. Halbuki məhkəmənin digər iclas zallarına insanlar buraxılırdı. Bu halda vəsatət verdim ki, digər iclas zallarındakı məhkəmə iclaslarının video görüntüləri təqdim edilsin. Hansı səbəbdən eyni vaxtda keçirilən digər açıq məhkəmə iclaslarına insanlar buraxılır, amma jurnalistin məhkəmə prosesi açıq olsa da, insanlar zala buraxılmır”, deyə o qeyd edib. Bununla yanaşı, hakim məhkəmə prosesinin video və audio yazısının aparılması barədə vəsatəti təmin edib.
Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib. O, jurnalistin Cinayət Məcəlləsinin 147-2-ci (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir.
“Əslində prokurorluq orqanları mənim Yutub kanalımda və Feysbuk səhifəmdə yaydığım araşdırmalarda əksini tapan faktlara hüquqi qiymət verməlidir”, deyə Məmmədli Turan-a bildirib. Jurnalist yerli sakinlərə əsaslanaraq bildirib ki, hazırda onun araşdırmaları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır.
Bununla yanaşı, Baş Prokurorluqdan Quba rayon İcra Hakimiyyəti baçısı ilə bağlı araşdırma aparılıb-aparılmadığını öyrənmək mümkün olmayıb.
Məmmədli ölkənin şimal bölgəsində baş verən hadisələri işıqlandıran müstəqil jurnalist kimi məşhurdur. O, uzun müddət “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin bölgə müxbiri olub. -03B06-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz