Açiq mənbələrdən foto.
Üç gün ərzində narkokuryerlərdən 45 kiloqram narkotik maddə götürülüb
Bakı/29.03.21/Turan: Son üç gündə ölkə sərhədçiləri İran-Azərbaycan sərhədində narkokuryerlərdən ümumilikdə 45 kiloqramdan çox narkotik maddə götürüb.
Sərhəd Xidmətinin mətbuat xidmətinin məlumatına görə, martın 27-də sərhədçilər Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında iki sərhəd pozucusunu müşahidə edib. Onlar “dayan” əmrinə tabe olmayaraq qaçıblar.
Hadisə yerində yoxlama zamanı içərisində 12 kiloqram heroin, metamfetamin, marixuana, metadon və digər maddələr olan bir neçə bağlama aşkar edilib.
Martın 28-də Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədçilər Bakı sakini Ramin Məmmədovu saxlayıb. Onun baqajına baxış zamanı 16 kiloqrama yaxın tiryək, 5 kiloqram həşiş, 4,5 kiloqram metamfetamin, 4,4 kiloqram heroin, 2,6 kiloqram marixuana, 300 ədəd metadon həbi aşkar edilib.
Martın 29-da Astara şəhəri yaxınlığında sərhədçilər İran tərəfindən sərhədi pozan şəxsi müşahidə ediblər. “Dayan” tələbinə cavab olaraq o, əlindəki əşyanı yerə ataraq geriyə qaçıb. Hadisə yerində 1 ədəd bağlama içərisində 2420 ədəd metadon həbi aşkar edilib. -02D-
-
- Cəmiyyət
- 29 Mart 2021 17:58
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz