Xankəndidə rus paradı, İlham Əliyevin “İsgəndər” mesajı – Elxan Şahinoğlu "Çətin sual" qarşısında -Canlı
Bakı/22.04.21/Turan: Rusiya sülhməramlı qüvvələri Qarabağda İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd etməyə hazırlaşırlar. Hətta Rusiya Müdafiə Nazirliyi bildirib ki, sülhməramlı qüvvələr artıq Xocalı hava limanında ilk məşqlərini keçiriblər. Məşqlərdə təxminən 400 hərbçinin iştirak etdiyi bildirilir.
Aprelin 20-də prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində strateji tərəfdaşlıq məsələsindən danışarkən Moskvadan “İsgəndər-M” raketi ilə bağlı suala konkret cavab ala bilmədiyini bildirib, münasibətlərin səmimi olmamasına eyham vurub.
“Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır”.
Rusiya ilə Azərbaycan arasında nə baş verir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu gün saat 15:00-da Kamran Mahmudovun təqdimatında yayımlanan“Çətin sual” verilişində bu suala audınlıq gətirəcək.
Cəmiyyət
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
-
AZAL təyyarəsinin qara qutuları Braziliyadan Qazaxıstana qaytarılıb və 25 dekabrda Aktau Hava Limanı yaxınlığında baş verən aviasiya qəzasının təhlili üçün araşdırma komissiyasına təqdim edilib. Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.
-
Yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
-
Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin hərbi qulluqçusu Baxşəliyev Adil Baxşəli oğlu silahdan atəş açaraq intihar edib.
Rəy yaz