Açiq mənbələrdən foto.
Xarkovda artilleriya atəşi nəticəsində 7 azərbaycanlı həlak olub
Bakı/05.03.22/Turan: Martın 4-də Xarkovda yaşayış evinə mərmi düşməsi nəticəsində azərbaycanlı ailənin üç üzvü həlak olub. Azərbaycan diasporundan verilən məlumata görə, həyat yoldaşları və kişinin xalası həlak olub. Yetkinlik yaşına çatmayan üç uşaq valideynsiz qalıb. Uşaqlardan böyüyün 15, kiçiyin 3 yaşı var.
Həmçinin Xarkovda mərmi partlaması nəticəsində başqa bir azərbaycanlı ailə - həyat yoldaşları və iki uşaq həlak olublar.
Həlak olanların adları dəqiqləşdirilir.-05D-
-
- Siyasət
- 5 Mart 2022 13:41
Cəmiyyət
-
İnnovasiya və sürət lideri “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirə spiker qismində “Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, “PwC Azərbaycan”ın Məsləhət xidmətləri departamentinin rəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar. Müzakirələr “Bakcell”in Korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə baş tutub.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
-
Mumbai-Münhen reysi üzrə uçuş həyata keçirən Lufthansa hava yolu şirkətinə məxsus təyyarə çərşənbə günü səhər saatlarında sərnişinlərdən birinin sağlamlıq vəziyyətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş edib.
-
Lider mobil operatordan “HONOR” cihazları əldə edən abunəçilərə “SuperSən 10GB” tarif paketinə 75 % endirim! Azercell “Möhtəşəm Cümə” kampaniyasına start verir. Belə ki, kampaniya çərçivəsində "Azercell Eksklüziv" və diler mağazalarından “HONOR” smartfonu və ya planşeti əldə edən müştərilərə “SuperSən 10GB” tarif paketi 2 ay müddətinə 75 % endirimlə təqdim olunur. Təklifin müddəti bitdikdən sonra isə aylıq ödəniş haqqı cari tariflər üzrə hesablanacaq. Qeyd edək ki, kampaniya 199 AZN-dən başlayan cihazlara şamil olunur.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:02
- 323
Rəy yaz