Açiq mənbələrdən foto.
Yağışlı hava şəraiti gözlənilir
Bakı/27.11.20/Turan: Növbəti üç gün ərzində Bakıda və Abşeronda havanın dəyişkən-buludlu olacağı, yağış yağacağı gözlənilir.
Noyabrın 29-30-da bəzi yerlərdə yağıntılar intensiv xarakterli olacaq, xəbəri Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.
Şənbə günü paytaxtda və Abşeronda havanın temperaturu gecə +5 +7 dərəcə, gündüz +10 +12 dərəcə təşkil edəcək.
Ölkənin rayonlarında şənbə günü hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı, zəif qərb küləyi əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə +1 +5 dərəcə, gündüz +7 +12 dərəcə təşkil edəcək.
Dağlarda gecə -3 -8 dərəcə şaxta olacağı, gündüz temperaturun 0 +5 dərəcə təşkil edəcəyi gözlənilir.
Noyabrın 29-da və 30-da ölkənin rayonlarında vaxtaşırı yağmur yağacaq, dağlıq rayonlara qar yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. -06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz