Açiq mənbələrdən foto.
Yayın ən isti günləri gəlir
Bakı/19.07.21/Turan: Sinoptiklər 20 iyulun Azərbaycanda hazırki mövsümün ən isti günü olacağını proqnozlaşdırır. Belə ki, çərşənbə axşamı Bakıda və Abşeronda isti hava şəraiti olacağı, cənub küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu 39 dərəcəyə qədər isinəcək.
Rütubət gündüz 40-45%, gecə 60-70% təşkil edəcək.
İyulun 21-də havanın temperaturu 40 dərəcəyə qədər yüksələcək.
Ölkənin rayonlarında da yağıntı gözlənilmir, şərq küləyi əsəcək.
Aran rayonlarında bəzi yerlərdə hava 42-44 dərəcəyə qədər isinəcək, əksər yerlərdə temperatur 40 dərəcə təşkil edəcək.
Dağlarda gündüz 32 dərəcəyə qədər isti olacaq. -02D-
Cəmiyyət
-
Noyabrın 1-də paytaxtda hava tutqun olacaq, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Qısa zamanda abunəçilərə altı innovativ məhsul təqdim edən “Bakcell”, reklam və marketinq dünyasının mühüm beynəlxalq müsabiqələrindən biri olan “Felis” tərəfindən “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb.
-
Beynəlxalq Demokratik Yenilənmə Koalisiyası (ICDR) və Forum 2000 Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlərdən dərin narahatlıqlarını ifadə edərək birgə bəyanat yayıb. Qruplar, hökumətin vəkillər, jurnalistlər, aktivistlər və insan hüquqları müdafiəçilərinə qarşı geniş miqyaslı təzyiqləri gücləndirdiyini, ölkədə müxalif səslərin sistematik olaraq susdurulduğunu vurğulayıblar.
-
60 milyon auditoriyası ilə dünyanın 100 nüfuzlu şəbəkəsindən biri olan, təhsil və bacarıqların qiymətləndirilməsi sahəsində aparıcı beynəlxal təşkilat Times Higher Education (THE) xəbərlər buraxılışında “İqlim sammiti başlayan kimi azərbaycanlı alimin azad edilməsinə çağırışlar” başlığı ilə geniş yazı dərc edib. Hər il dünya Universitetlərinin reytinqini hazırlayan THE yazır ki, mədən yanacağı istehsalçısı dünya liderlərinin toplantısına ev sahibliyi edərkən müxaliflərə qarşı sərt tədbirlər görür. Hüquq müdafiə qrupları COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan hökumətini mədən yanacağı siyasətini tənqid etdikdən sonra saxlanılan alimin azad edilməsinə çağırır.
Rəy yaz