Açiq mənbələrdən foto.
Zərdabda yanğın nəticəsində iki nəfər həlak olub
Bakı/19.02.22/Turan: Zərdab rayonunun Çallı kəndində yanğın nəticəsində iki nəfər həlak olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın ümumi sahəsi 180 kvadrat metr olan iki otaqdan və şüşə qalereyadan ibarət birmərtəbəli yaşayış binasında baş verib.
Yanğın nəticəsində evin tez alışan konstruksiyaları yanıb.
Sakinlərdən biri yanıq xəsarəti alıb.
Yanğınsöndürənlər digər iki sakinin - Pərvanə Kərim qızı Əhmədova (1993-cü ildə anadan olub) və Gülay Pərvin qızı Əhmədlinin (2013-cü il) yanmış cədələrini aşkar edib.
Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Araşdırma aparılır.-06B
-
- Sual-cavab
- 19 Fevral 2022 10:51
-
- Analitika
- 19 Fevral 2022 10:54
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz