Siyasi partiyaların reyestr dilemması… - Akif Qurbanov Çətin sualda
Bakı/18.07.23/Turan: “Siyasi Partiyalar haqqında” yeni qanunun tələblərinə görə partiyalar Reyestrdən keçməlidirlər. Bunun üçün partiyalar 5 min üzvünün ad, soyad, ata adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini Ədliyyə Nazirliyinə təqdim etməlidir. Artıq bu prosesə başlanılıb və partiyaların bir çoxu bu məlumatları Ədliyyə Nazirliyinə təqdim ediblər. Hətta cavab alanlar da var.
Belə ki, Ədliyyə Nazirliyi REAL Partiyasının üzvlərinin reyestrə daxil edilməsi ilə bağlı müraciətinə cavab verib. Nazirliyin cavabında partiyanın təqdim etdiyi 5168 nəfərdən 463 nəfərinin keçərli olduğu bildirilib.
Bu arada siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsini Milli Məclis qəbul edib. Dəyişikliyə əsasən, siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələr, partiyanın qeydiyyatsız fəaliyyəti, əcnəbilərin siyasi partiyaya üzv qəbul edilməsi, partiya üzvlərinin reyestrindəki dəyişiklikləri barədə məlumat verilməməsinə görə cərimələr müəyyənləşir, Azərbaycandan kənarda hesab açan partiyaların cərimələnməsi, xarici ölkələrin partiyalarıyla bağladığı saziş barədə məlumat verməyən partiyaların 2 min manatadək cərimələnməsi nəzərdə tutulur, partiyaların dövlət orqanlarının fəaliyyətinə müdaxiləsinə görə cərimələr artırılır.
Bütün bunlar barədə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
- Cəmiyyət
- 18 İyul 2023 18:54
Çətin sual
-
Noyabrın 11-dən Bakıda start götürən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası davam edir. Konfran ayın 22-dək davam edəcək. Bu ərəfədə Beynəlxalq təşkilatlardan AZərbaycana insan haqları ilə bağlı çağırışlar davam edir.
-
Donald Trampın ABŞ Prezidenti vəzifəsinə yenidən seçilməsinə nə səbəb oldu? Onun idarəçiliyi iki ölkə arasındakı əlaqələrə necə təsir edəcək? ABŞ siyasətində Azərbaycanda insan hüquqları və demokratiya məsələləri hansı yer tutacaq?
-
Noyabrın 11-dən Bakıda COP29 tədbiri keçirilir.
-
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək? Azərbaycandakı insan haqları, demokratiya məsələləri ABŞ siyasətində hansı yeri tutacaq?
COP29 ərəfəsində Bakıya insan haqları çağırışları... – Rüfət Səfərov Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 16:28
- 429
-
- Cəmiyyət,
- 14:20
- 355
-
- Siyasət,
- 13:50
- 331
-
- İqtisadiyyat,
- 12:39
- 481
-
- Siyasət,
- 11:33
- 766
Rəy yaz