Bakı/23.11.18/Turan: Noyabrın 23-də Brent markalı neft füçerslərinin qiyməti bir barelə görə $60-dan aşağı olub. Gün ərzində enmə 5%-ə yaxın olub (təxminən $3).
Saat 17:00-a olan məlumata görə, qiymət $59,32 olub ki, bu da 2017-ci ilin oktyabr ayının səviyyəsindən aşağıdır.
Şimal nefti (WTI) daha ucuzdur, sözügedən gedən vaxtda $50,95 olub, gün ərzində 6%-dən ($3,5) çox itirib.
Azərbaycan nefti də sürətlə ucuzlaşır, 60 dollardan aşağı enib.
Bloomberg qeyd edir ki, neft hasilatın həcminin rekord göstəricilərə çatması ilə bağlı Səudiyyə Ərəbistanının bəyanatları fonunda ucuzlaşır. Energetika naziri Xalid əl-Falixin məlumatına görə, təkrar istehsalın həcmi sutkada 10,7 mln. barel təşkil edir. -02D-
-
- Böyük Şərq
- 23 Noyabr 2018 17:53
-
- Siyasət
- 23 Noyabr 2018 20:59
Enerji
-
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın elektrik enerjisi istehsalı 23,55 milyard kVt/s təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% azdır. İstilik elektrik stansiyaları 20,26 milyard kVt/s elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,13 milyard kVt/s (9,5%) azdır, deyə Azərbaycanın Dövlət Statistika Komitəsi məlumat yayıb. Eyni zamanda, məişət tullantılarından 182,8 milyon kVt/s elektrik enerjisi istehsal olunub (5,8% artım).
-
Keçən il Dubayda keçirilmiş qlobal iqlim sammitində razılaşdırılan əsas bərpa olunan enerji hədəflərinə nail olmaq, dünya növbəti altı il ərzində $30 trilyondan çox sərmayə yatırmasa, əlçatmaz bir xəyala çevriləcək.
-
Hazırda Azərbaycanın daxili bazarı hələ də Euro-2 standartına uyğun dizel yanacağı ilə təchiz olunur, bu barədə neft və neft məhsulları bazarının təhlilində ixtisaslaşmış beynəlxalq agentlik "Argus"un oktyabr hesabatında qeyd olunur. Diqqətəlayiqdir ki, iyunun əvvəlində Bakı Neft Həftəsi sərgisində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ildə Euro-5 keyfiyyətli dizel yanacağı istehsalına başladığını nümayiş etdirmişdi. Lakin sonradan məlum oldu ki, bu keyfiyyətdə olan neft məhsulu ixrac olunur və daxili bazara təchizat daha sonra başlayacaq.
-
İki gün davam edən güclü qardan sonra Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb, nəticədə bu bölgələrin 80%-dən çoxu elektriksiz qalıb.
Rəy yaz