ARDNŞ Albaniyanın qaz infrastrukturunun TİƏ-si üzrə tender elan edib
ARDNŞ Albaniyanın qaz infrastrukturunun texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə tender elan etməyi planlaşdırır.
"ARDNŞ yaxın 3 ayda tender elan edəcək", deyə ARDNŞ prezidentinin müşaviri Murad Heydərov Reuters-ə bildirib.
" Texniki-iqtisadi əsaslandırmanı 2015-ci iln sonuna kimi hazırlamalıyıq, layihə səmərəli olsa, 2016-cı ilin martında Albaniyanın qazlaşdırılmasına başlayacağıq", -deyə o qeyd edib.
Heydərov deyib ki, layihənin qiyməti "bir neçə yüz milyon dollar" olacaq.
18 fevralda Tiranada ARDNŞ-nin sədrliyi ilə Albaniyanın qaz infrastrukturunun texniki-iqtisadi əsaslandırmasının baş planı müzakirə edilib. ARDNŞ-nin məlumatına görə, müşavirədə işçi qrupu yaradılıb. Növbəti iclas apreldə olacaq. —12D--
-
- Siyasət
- 10 Mart 2015 14:12
-
- İqtisadiyyat
- 10 Mart 2015 14:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz