AtaInsurance ASC-nin nizamnamə kapitalı 10 mln manata çatacaq
“AtaSığorta” ASC nizamnamə kapitalını 10 mln manata çatdırmaq istəyir.
Bakı Fond Birjasının məlumatında deyilir ki, fevralın 27-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “AtaSığorta” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Emissiyanın ümumi həcmi 2,4 mln AZN, qiymətli kağızın miqdarı 96 000 ədəd, hər birinin nominal dəyəri 25 AZN təşkil edir.
Yerləşdirmənin anderrayteri “BROKDİL-AZ” MMC-dir.
“AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 5 filial, 8 nümayəndəlik və 6 satış ofisi daxildir. --17D—
İqtisadiyyat
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun rəhbərlik etdiyi araşdırma, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
-
Azərbaycan Dəmir Yolları QSC (ADY) 2025-ci ilin yanvar ayında 713,699 sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir, şirkət çərşənbə axşamı bildirib.
-
Ötən həftə Azərbaycan mediası pərakəndə çörək qiymətlərinin artacağı barədə məlumat yayıb, bu artımı məhsulun çəkisinin artmasına bağlayıb. Növbəti gün rəsmi bildirişdə hökumətin ölkədə çörək qiymət artımını sanksiyalaşdırmaq niyyətində olmadığı təsdiqlənib. Lakin, bu əsas qida məhsulunun qiymətinin artmasının başqa bir səbəbi ilə təhdid qalır.
Rəy yaz