«Azəreneji» ASC SOCAR-a 350 mln manat borcludur
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Məmmədov bu gün jurnalistlərə bildirib ki, «Azəreneji» ASC tədarük edilən qaza görə şirkətə borcunu ödəməyə başlayıb.
Onun sözlərinə görə, bu ilin aprel-may ayları üçün pul tam ödənilib. Buna Nazirlər Kabinetin yanvarın 1-də təsdiq etdiyi yeni mexanizm kömək edib. Dövlət inhisarçısı üçün xüsusi hesab açılıb. Elektrik enerjisindən istifadə edənlərin vəsaitləri bura daxil olur. Onun yarısı ilə SOCAR-a olan borc ödənilir.
SOCAR-ın vitse-prezidenti deyib ki, «Azəreneji» ASC SOCAR-a 350 mln manat borcludur. Bunun 314 mln-u əvvəlki illərdən qalıb. --17D—
-
- Mədəniyyət
- 2 İyun 2016 14:04
-
- İqtisadiyyat
- 2 İyun 2016 14:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz