"Azərenerji" ötən il xalis mənfəətin yarısını itirib
Rəsmi mətbuat "Azərenerji" ASC-nin ötən il üçün konsolidə edilmiş hesabatını açıqlayıb. Rəsmi məlumata görə, şirkətin xalis mənfəəti 84 mln 589 min manat (2012-ci illə müqayisədə mənfi 46,3%). Vergiyə qədər mənfəət 130 mln 607 min manat (+8,3%), bölünməmiş mənfəət 224 mln 475 min manat (+ 60,4%) təşkil edib.
Aktivlərin çoxu (5 mlrd 518,91 mln manat) uzunmüddətli sərmayədir - 5 mlrd 20,25 mln manat. Xüsusi kapital 2 mlrd 201,58 mln manat (+ 8,9%) olub. Ötən ilin əvvəlindən nizamnamə kapitalı 1 mlrd 760 mln 495 min manatdır.
İnvestisiya həcmi 19,2% azalaraq 262 mln 987 min manat olub. 2013-cü ildə öhdəliklər 0,09% artaraq 3 mlrd 317 mln 331 min manat təşkil edib.
Şirkətin məcmu gəlirləri 743 mln 252 min manat (минус 0,9%), əməliyyat mənfəəti 92,11 mln manat (+3%) olub.
Qanunvericiliyə əsasən, bütün dövlət təşkilatları 1 mayadək maliyyə hesabatını açıqlamalıdır. Amma bu qərar heç də bütün strukturlar əməl etmir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz