Balaxanı Sənaye Parkının rezidentlərinin birinin fəaliyyəti və investisiya məbləği məlum olub
İqtisadiyyat Nazirliyi Balaxanı Sənaye Parkının rezidenti
«Foriella» MMC-nin parkın ərazisində mebel istehsalının təşkilinə 3 mln manat investisiya qoyacağı barədə məlumat verir. Nazirliyin məlumatına görə, istehsalatda 150-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulub.
Bu, ən böyük rezidentdir (300 işçi). Hazırda sənaye parkının 5 rezidenti var. Rezidentlər tərəfindən sənaye parkına 23,4 mln manatdan çox investisiyanın yatırılması gözlənilir.
Bu yaxınlarda «Təmiz şəhər» ASC-nin İH sədri Etibar Abbasov bildirmişdi ki, orda istehsal gələn ilin I yarısında başlayacaq. Fəaliyyət spesifikası belədir: plastik tullantıların, çirkli yağların, kağız, ağac və butulkaların emalı.
İkinci mərhələdə elektron tullantı, avtomobil şini və s emalı ilə məşğul olan rezidentlərin cəlb edilməsi planlaşdırılır», - deyə o qeyd edib.
Balaxanı Sənaye Parkı Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsis edilib və 2012-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə əsası qoyulub. --17D—
-
- Cəmiyyət
- 21 Noyabr 2016 14:18
-
- İqtisadiyyat
- 21 Noyabr 2016 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz