İki sosial yaşayış binasının tikintisi 6,1 mln manata başa gələcək
Bakı/05.10.17/Turan: Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki "MİDA" MMC "Merkuri-İnşaat" şirkəti ilə Yasamal yaşayış kompleksində iki yaşayış binasının tikintisi üzrə müqavilə imzalayıb. Bununla da bu şəhərcikdə 29 sosial binanın tikintisi üzrə şirkət seçimi praktik olaraq başa çatıb.
Müqavilənin qiyməti 6 mln 157,9 min manat təşkil edir. "Merkuri-İnşaat" MMC bu layihədə "Conco" şirkəti ilə konsorsium üzvüdür.
"MİDA" eləcə də kommunikasiya çəkilməsi üzrə son müqaviləni bağlayıb. "Qaz Oil Building" MMC Yasamal yaşayış kompleksində bütün qaz təchizatı xətlərini çəkəcək.
Hövsan yaşayış kompleksində işlər hələ layihələndirmə mərhələsindədir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu MMC ilə müvafiq müqavilə bağlanılıb. Bu işlər 397 min manat qiymətləndirilib. 08D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz