MDM əlavə səhm emissiyasının qeydiyyatını kəskin azaldıb
Milli Depozit Mərkəzi yanvar-fevralda 34 mln 474,19 min manatlıq əlavə səhm emissiyasını qeydiyyata alıb (ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 dəfə azalma).
MDM-in məlumatına görə, bu dövrdə 18 əqd, fevralda 2 mln 575,6 min manatlıq 8 əqd qeydiyyata alınıb. Hesabat dövründə MDM QK emitentləri ilə 6 müqavilə, fevralda 4 müqavilə bağlayıb.
Mərkəz nominalı 446 mln 781,4 min manat olan 912, o cümlədən fevralda nominalı 145 mln 30,89 min manat olan 438 birja əqdi bağlayıb.
Hesabat dövründə qiymətli kağızlarla 2 mln 892,87 min manatlıq 49 birjadankənar, fevralda 1 mln 917,86 min manatlıq 29 əqd bağlanılıb.
MDM 1997-ci ildə yaradılıb. 1999-cu ildə QKDK-nın balansına verilib.
Nizamnamə kapitalı 1,4 mln manatdır. Mərkəz 1,2 min emitentə xidmət göstərir. --17D—
-
- İqtisadiyyat
- 11 Mart 2015 15:35
-
- Cəmiyyət
- 11 Mart 2015 16:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz