Məşhur ticari markanın adı ilə yeni şirkət yaradılıb
Bakı/04.10.17/Turan: Vergilər Nazirliyi "SAB Zəhmət-Ruzi" MMC-ni qeydiyyata alıb. SAB ticari markası ilə 2002-ci ildən süd və ət məhsulları istehsal edilir.
Yeni şirkətin direktoru "Zəhmət-Ruzi" müəssisəsinin keçmiş direktoru Əliheydər Fərəcullayevdir. Şirkət Xırdalanda yerləşir. Turan İA "SAB Zəhmət-Ruzi" MMC və "Zəhnət-Ruzi" MMC-nin əlaqələrinin olduğunu aydınlaşdıra bilməyib. 2012-ci ilin iyulundan şirkətlərin təsisçiləri və onların pay iştirakı barədə məlumatlar məxfi sayılır.
Bu ilin martında KİV yazmışdı ki, "Zəhmət-Ruzi" MMC-nin təsisçisi Sabir Babayev öz payını "Pasha Holding" qrupu strukturlarından birinə satıb. İnformasiya təkzib edilmədi. Bu əməliyyatdan dərhal sonra "Zəhmət-Ruzi" MMC-nin kapitalı 0,9 mindən 11 mln manata artırıldı. Ə. Fərəcullayevin yerinə İsgəndər İsgəndərov təyin edildi.
Yeni şirkət olan "SAB Zəhmət-Ruzi" MMC-nin ilkin kapitalına 15 mln manat qoyulub. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz