Pasha Holding-in mehmanxana biznesi Lənkəranda da təmsil olunacaq
Bu yaxınlarda “Lenkeran Hotel and Resort Company” oteli təsis edilib. Bu, o deməkdir ki, aparıcı “Pasha Holding” şirkətlər qrupunun mehmanxana biznesi Lənkəranda da təmsil olunacaq.
2012-ci ilin yayından Azərbaycanda təsisçilərin açıqlanması məxfi sayılır. Lakin hüquqi ünvana (Port Baku Towers) və qanuni nümayəndənin adına görə yeni şirkətin məhz bu holdinqə məxsus olduğunu güman etmək çətin deyil.
Qeyd edək ki, Lənkəranda bir neçə məhşur otel var (Qafqaz Sahil Hotel, Palmalife Lenkaran Resort, AB Qala Hotel, Khan Lenkeran).
Hazırda Gilan Holding bu şəhərdə daha bir nəhəng otel kompleksi inşa edir.
2013-cü ildə Pasha Holding “Pasha Hotels and Resorts” MMC-nin bazasında ABSHERON Hotel Group-u təsis edib.
Yeni qrupa Bakıdakı Four Seasons, JW Marriott Absheron, həmçinin Şahdağ dağ xizəyi kompleksi (Qusar rayonu) daxildir. Bakıda üç otelin (İntourist, Dinamo, Boulevard) inşası aparılır.
“Pasha Holding” 2006-cı ildə təsis edilib. Bura ən azı səkiiz şirkət daxildir ki, onların bəzisinin təsisçiləri 60%-dən 100%-dək iştirak payına sahibdirlər. Holdinqin aktivləri 3 mlrd. manat, səhmdar kapitalı 800 mln. manat təşkil edir. “Pasha Holding”in strukturlarında 2500-dən çox işçi çalışır.
-
- İqtisadiyyat
- 11 Mart 2015 13:30
-
- İqtisadiyyat
- 11 Mart 2015 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz