Sabah Maliyyə Nazirliyi investorlara 20 mln manatlıq istiqrazlar təklif edəcək
Mayın 17-də Bakı Fond Birjasında 20 mln manat məbləğində dövlət qısamüddətli istiqrazlarının satışı üzrə iki hərrac keçiriləcək.
BFB-də Turan-a bildiriblər ki, investorlara hərəsi 10 mln manat olmaqla tədavül müddəti 364 və 182 gün olan istiqrazlar təklif ediləcək.
Son üç həftədə Maliyyə Nazirliyi hərracların intensivliyini həftədə bir dəfəyə artırıb. İstiqrazlar üzrə gəlirlilik illik 11-13% təşkil edir.
Bu il hökumət dövlət büdcəsinin kəsirini örtmək üçün ümumi məbləği 400 mln manat və 500 mln ABŞ dolları olan istiqrazlar buraxıb. Maliyyə Nazirliyi hələlik əsasən manat istiqrazları satır. 08D
-
- Video
- 16 May 2016 15:53
-
- İqtisadiyyat
- 16 May 2016 16:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz