Sənaye istehsalı 1,1% azalıb
2016-cı ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye məhsulları istehsalının həcmi 9,4 mlrd manat olub. Bu, müqayisəli qiymətlərlə 2015-ci ilin eyni dövründəkindən 1,1% azdır, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Faktiki qiymətlərlə sənaye istehsalı hətta artıb (+0,9 mlrd manat). Bu, manatın fevral devalvasiyası nəticəsində bir sıra sənaye mallarının bahalanması nəticəsində baş verib.
Bu il xam neft hasilatı 1,8 faiz, qaz hasilatı 9,8 faiz, elektrik enerjisi istehsalı 7,6 faiz azalıb. Bir sıra emal sənayesi məhsullarının istehsalı da aşağı düşüb.
İlin dörd ayında qida məhsulları istehsalı 2,3 faiz, içki istehsalı 8,2 faiz, tütün məmulatları istehsalı 52,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,5 dəfə, hazır metal məmulatlarının istehsalı 36,5 faiz və s artıb.
Ümumən, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,2 faiz artıb. 08D
-
- Mədəniyyət
- 16 May 2016 16:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz