AccessBank-ın mikro portfeli 67% faiz artıb
Bakı. 22.09.2021. Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank, son 3 ay ərzində müştərilərə 99 milyon mikro və aqro kredit verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 milyon manat, yəni 67% çoxdur.
Həmçinin Bank, cari ilin ilk 8 ayı ərzində mikro portfelini 64 milyon artırıb.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı,Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.®
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz