Azərbaycan banklarının qiymətli kağızlara investisiyaları 6 milyard manata yaxınlaşıb
Bakı/29.03.22/Turan: Bu il martın 1-nə Azərbaycan banklarının qiymətli kağızlara investisiyaları onların aktivlərinin 15,1%-i qədər - 5,814 milyard manat təşkil edib.Azərbaycan Mərkəzi Bankının açıqladığı bank icmalına əsasən, bu, fevralın 1-i ilə müqayisədə 11,7% çoxdur.Bankların kapital bazarına investisiyaları ilin əvvəlinə nisbətən 18,9%, son 1 ildə isə 20,35% artıb. -0-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz