Azərbaycan büdcənin profisitini 28% artırıb
Bakı/18.05.23/Turan: 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 12 165 milyon manat, büdcədən xaricolmalar isə 8 168,7 milyon manat təşkil edib.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Məlumatda deyilir ki, bunlar, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,8% və 9,3% çoxdur.Son nəticədə büdcədə 3 235,2 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən 28,4% çoxdur. -0-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz