Azərbaycanın maliyyə sektoru işçi heyətini 4%-dən çox artırıb
2024-cü il iyunun sonuna Azərbaycanın maliyyə sektorunda 37,7 min nəfər işləyib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu, 2023-cü il iyunun sonu ilə müqayisədə 4,4% çoxdur.
Maliyyəçilərin 7 min nəfəri dövlət, 30,7 min nəfəri isə özəl sektorda çalışır. Bunlar isə 1 il əvvələ nisbətən 2,8% az və 6,2% çoxdur.
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz