“Bakı Sığorta” səhmdarlarının yığıncağını çağırıb
Bakı/22.12.22/Turan: “Bakı Sığorta” şirkəti yanvarın 18-i, saat 11:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.Şirkət bununla bağlı rəsmi mətbuatda elan verib.Elanda deyilir ki, yığıncaq “Bakı Sığorta”nın baş ofisində - Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında olacaq. Səhmdarların hansı məsələləri müzakirə edəcəyi barədə məlumat verilməyib. -0-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz