Bakı/23.10.17/Turan: Üçüncü rübdə Bank VTB (Azərbaycan)ın depozit portfeli 4,3 mln manat artaraq 183,4 mln manata çatıb.Bunun 142,9 mln manatı bank və başqa maliyyə institutlarının payına düşür.Bankın kredit portfeli 304,5 mln manat olub. Kredit portfelinin 60%-i hüquqi şəxs və sahibkarların payına düşür.Bankın aktivləri 40 mln 563 min manat və ya 9,3% azalaraq, 395 mln manat təşkil edib.Üç rübdə bank 2,4 mln manat mənfəət əldə edib. -71D-

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Maliyyə

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə