Maliyyə Nazirliyi 20 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır
Bakı/21.10.21/Turan: Oktyabrın 26-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.Hər birinin nominal dəyəri 100 manat olan 200 min istiqrazın yerləşdirilməsi planlaşdırılır.İstiqrazlar illik 6%-lə 1820 gün tədavüldə olacaq.Yerləşdirmənin anderrayteri kimi «Paça Kapital» investisiya şirkəti çıxış edəcək. –71D-
-
- Maliyyə
- 21 Oktyabr 2021 14:15
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz