Bakı/13.01.23/Turan: Maliyyə Nazirliyi yanvarın 17-si “Bakı Fond Birjası”nda (BFB) yeni istiqrazlarını yerləşdirəcək.Bu barədə BFB məlumat yayıb.Məlumatda deyilir ki, yerləşdirmə 2 il müddətinə, illik 6%-lə, 50 milyon manat nəzərdə tutulur. Bu məbləğ ötən il dekabrın 29-da keçirilmiş hərracla müqayisədə 10 dəfə azdır. Belə ki, nazirlik 2022-ci ilin son hərracında 10 ay müddətinə, illik 4,5%-lə 500 milyon manat “borc almışdı”. -0-

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Maliyyə

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə