“Xalq Həyat Sığorta” səhmdarlarının yığıncağını çağırıb
Bakı/18.05.23/Turan: “Xalq Həyat Sığorta” şirkəti iyunun 29-u, saat 15:00-da səhmdarlarının illik ümumi yığıncağını keçirəcək.Şirkət bununla bağlı rəsmi mətbuatda elan verib.Elanda deyilir ki, yığıncaq “Xalq Həyat Sığorta”nın baş ofisində - Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 106A ünvanında olacaq. Səhmdarlar şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarını təsdiqləyəcək. -0-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz