Ceyhun Bayramov. Açiq mənbələrdən foto.
10 noyabr bəyanatı erməni əsirlərə şamil edilmir - Azərbaycan Xarici İşlər Nazirliyi
Bakı/15.03.21/Turan: Əsirlikdə olan ermənilər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində azad edilməsi nəzərdə tutulan hərbi əsirlər deyil. Onlar Azərbaycana atəşkəsdən sonra və erməni qüvvələrin Qarabağdan çıxarılmasını nəzərdə tutan 10 noyabr tarixli bəyanata zidd olaraq göndəriliblər. Bu sənəd imzalandıqdan sonra Ermənistan hakimiyyəti Ermənistanın Şirak bölgəsindən Qarabağa 60-dan çox hərbi qulluqçu göndərib. Bu hərbiçilər diversiya törədərək, Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərini öldürüblər və qanun qarşısında cavab verəcəklər.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə birgə brifinqdə bildirib. -0-
-
- Qafqaz
- 15 Mart 2021 12:58
-
- İqtisadiyyat
- 15 Mart 2021 13:21
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz