Vedant Patel
ABŞ Azərbaycanı vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa və Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırır
Vaşinqton/10.12.22/Turan: Cümə günü ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin guya xuliqanlıq ittihamı ilə həbs edilməsinə reaksiya verib, Turan-ın Vaşinqton müxbiri bildirib.
“Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”, - Departamentin mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün gündəlik brifinqində Turan-ın müxbirinin sualının cavabında deyib.
"ABŞ insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə əvvəlkitək qətiyyətlə sadiq qalır və biz yenidən hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən onların öz fikirlərini dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq", - Patel əlavə edib.
Hacıyev cümə günü saxlanılıb və onun barəsində 50 sutka müddətinə həbs qətimkan tədbiri seçilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.
Onun həbsi Azərbaycan hökumətinin müxalifət partiyalarının funksionerlərinə və fəallarına qarşı son repressiyaları fonunda baş verib.
Turan-ın “Azərbaycan rəsmilərilə (sonuncu dəfə bu həftə ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Bayramovla telefon danışığı zamanı) ikitərəfli danışıqlar zamanı insan hüquqları mövzusu müzakirə olunurmu” sualının cavabında Patel deyib ki, ABŞ bu mövzunu öz xarici siyasətinin mərkəzində saxlayır və bundan sonra da saxlayacaq.
“Bu administrasiyanın işinin lap əvvəlindən, vəzifəyə başladığımız vaxtdan biz dünya ölkələrilə qarşılıqlı fəaliyyət göstərərək insan hüquqlarını xarici siyasətimizin mərkəzi hissəsinə qoymuşuq və bunu davam etdirmək niyyətindəyik”, - o deyib.
Hacıyevin həbsi ABŞ-ın 65-dən çox fiziki və hüquqi şəxsə, azərbaycanlı polis polkovniki Kərim Əlimərdanova qarşı maliyyə sanksiyaları və viza məhdudiyyətləri elan etməsindən bir qədər əvvəl baş verib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997-ci illər) Riçard Kozlariç Turan ilə söhbətində deyib ki, mühüm olan odur ki, Dövlət Departamenti Kərim Əlimərdanova Qlobal Maqnitski qanununa uyğun olaraq insan hüquqlarının pozulmasına görə sanksiya tətbiq edib.
“Bakı rejimi cəzasız olaraq insan hüquqlarının pozulmasına yol verib. İndi nəticələr var”, - Kozlariç deyib. “Ümid edirəm ki, bu sanksiyalar kobud korrupsiyaya yol verən vəzifəli şəxslərə də şamil olunacaq”, - o əlavə edib. 25B
-
- Siyasət
- 10 Dekabr 2022 10:20
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz